Stoltenberq Ukrayna üçün 100 milyard dollar toplamağı təklif etdi


Aprelin 30-da NATO-nun baş katibi Yens Stoltenberq alyans üzvlərinə beş il ərzində Ukraynaya hərbi yardım üçün xüsusi fondda 100 milyard dollar toplamaq barədə təklifi göndərib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrindən həmkarları ilə görüşən Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto “M1” telekanalına müsahibəsində bildirib.
“Çərşənbə axşamı NATO-ya üzv ölkələr Baş Katibdən Ukrayna üçün 100 milyard dolları toplamaq təklifi alıblar”, - Siyarto əlavə edib.
“Buna baxmayaraq, Macarıstan Şimali Atlantika Alyansının bu hərəkətlərində iştirak etmək istəmir”, - Macarıstan xairci işlər naziri deyib.
Macarıstan XİN rəhbəri Stoltenberqin təklifinin alyans üzvləri tərəfindən birinci oxunuşda qəbul edildiyini qeyd edib. O, həmçinin qeyd edib ki, münaqişəni döyüş meydanında deyil, danışıqlar masası arxasında həll etmək olar.

DİGƏR XƏBƏRLƏR

Top